Hindistanda avtobusun dərəyə aşması nəticəsində 10 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Qeyd olunur ki, qəza Cammu-Srinaqar avtomobil yolunda baş verib. Hadisə nəticəsində avtobusda olan 55 sərnişin də yaralanıb. Onların hamısı xəstəxanaya aparılıb.
Qəzanın səbəbləri araşdırılır.