Rusiya Federasiyasında mülki və xidməti tüfənglər üçün patronların, habelə müəyyən çaplı odlu silahlar üçün patron və mərmilərin ölkədən çıxarılmasına müvəqqəti qadağa qoyulub.

"Unikal" xəbər verir ki, bu barədə qərarı Rusiyanın Baş naziri Mixail Mişustin təsdiqləyib.

Qərara əsasən, qadağa bu il dekabrın 31-dək qüvvədə olacaq: "Qadağa Rusiya Federasiyası Silahlı Qüvvələrinin, digər qoşunlarının, hərbi birləşmələrinin fəaliyyətini təmin etmək üçün patron və mərmilərin ixracına şamil edilmir. Qərar dövlətin maraqlarının müdafiəsini təmin etməyə yönəlib".

Ağarza Elçinoğlu