Tovuzda iki qardaşın bıçaqlanmasının təfərruatları məlum olub.
"Unikal"ın əldə etdiyi məlumata görə, hadisəni Cəfərovlar ailəsinin kürəkəni Zəlimxan adlı şəxs törədib.
Hadisə qardaşlardan birinin övladının dünyaya gəlməsi ilə bağlı keçirilən qonaqlıqda qeydə alınıb. Məclisə qonaq gələn Zəlimxan adlı şəxs qardaşlarla mübahisə edib. Davadan sonra Cəfərovların kürəkəni Zəlimxan hər iki qardaşı bıçaqlayıb.
Qeyd edək ki cinayəti törədən kürəkən hadisəni törədən vaxt sərxoş olub.
XXX
21:11
Tovuzda iki qardaş bıçaqlanıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində keçirlən qonaqlıqda qeydə alınıb. Belə ki, kənd sakinləri iki qardaş Gündüz və İsrail Cəfərov qardaşları yaxını tərəfindən bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hər iki qardaş İsrail övladı üçün keçirilən şənlikdə bıçaqlanıblar.
Tural Əhmədov