"Xaricdən avtomobil idxalı zamanı utilizasiya haqqının alınması idxal qiymətinin artımına səbəb olacaq".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən komitə iclasında deputat Vüqar Bayramov deyib.
O bildirib ki, bu, avtomobil bazarında bahalaşmaya gətirib çıxaracaq.
Deputat əlavə edib ki, tullantıların utilizasiyası ilə avtomobillərin utilizasiyası bir-birindən fərqlidir.
"Avropa ölkələrində bununla bağlı iki ayrı qanun var. Daha yaxşı olardı ki, bizdə də bu qanun layihəsi ayrıca qanun kimi hazırlanıb təqdim olunsun".
Anar Kəlbiyev