İrəvanın Ərəbkir rayon istintaq şöbəsinin 4 müstəntiqi saxlanılıb.

"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan məlumat yayıb. 

Bildirilir ki, 4 müstəntiq narkotik vasitələrin qanunsuz dövriyyəsi və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına görə saxlanılıb. 

Araşdırmalar davam edir.

Gülayə Mecid