Naməlum silahlılar İranla sərhəd yaxınlığında Pakistanın təhlükəsizlik məntəqəsinə hücum ediblər. 

"Unikal" Pakistan mətbuatına istinadla xəbər verir ki, atışma zamanı iki əsgər ölüb.

Bəlucistanın cənub-qərbindəki Sinqvan bölgəsindəki hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb. Qaçmağa çalışan hücumçuların axtarışına başlanıb.

Ağarza Elçinoğlu