Qərb Belarusda hakimiyyət dəyişikliyi üçün güclü ssenari hazırlayır.
"Unikal" xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Belarusun Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının 52-ci sessiyasının iştirakçıları ilə görüşündə deyib.
"Belarusa gəlincə, qeyd edə bilərəm ki, Polşada, Litvada və təəssüf ki, Ukraynada qeyri-qanuni silahlı birləşmələrin üzvləri hazırlanır, bilavasitə ölkədə ekstremist hüceyrələrin yaradılmasına cəhdlər edilir", - Belarus lideri bildirib.
Onun sözlərinə görə, bütün bunlara son faktlar və hadisələr də sübutdur.
"Başqa sözlə, ölkəmiz hakimiyyət dəyişikliyi üçün güclü ssenariyə hazırlanır, biz bunu görürük, imkan verməyəcəyik”, - deyə Lukaşenko yekunlaşdırıb.
Gülayə Mecid