Türkiyədə terror təşkilatı PKK-nın daha 5 üzvü polisə təslim olub.  

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, nazirliyin koordinasiyasında Jandarma Baş Komandanlığı və Təhlükəsizlik Baş İdarəsi tərəfindən həyata keçirilən razı salma işləri nəticəsində PKK-dan qaçan daha 5 terror təşkilatı üzvü təslim olub. Bununla da təslim olan ümumi terrorçuların sayı 48-ə çatıb. 

Təslim olan təşkilat üzvlərinin 2002 və 2014-cü illərdə terror təşkilatına qoşularaq Suriya və İraqda fəaliyyət göstərdikləri müəyyən edilib.