İstanbulun Büyükçekmece bölgəsində yerləşən Avropanın 4-cü, dünyanın isə 17-ci ən böyük televiziya qülləsi satışa çıxarılır.
"Unikal" xəbər verir ki, 1998-ci ildə inşasına başlanan və 55 milyon dollara başa gələn qüllə üçün tələb olunan məbləğ 249 milyon 395 min 434 TL-dir.
Qüllə tikinti şirkətinin müflis olması və daha sonra borclarını ödəyə bilməməsi səbəbindən avqustun 1-dən etibarən satışa çıxarılacaq.