Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinə (TBMM) gedib.
"Unikal" xəbər verir ki, Türkiyə lideri yeni seçilmiş 28-ci dönəm deputatların andiçmə mərasimini izləyəcək.
Deputatlar bu gün Parlamentin baş assambleyasında and içəcəklər. Qeyd edək ki, məclisi müvəqqəti olaraq ən yaşlı üzv olan Dövlət Baxçalı idarə edir.
İyunun 3-də isə Ərdoğanın özünün andiçmə mərasimi baş tutacaq.
Ağarza Elçinoğlu