Bu gün Bakı şəhəri, Binəqədi rayonu Əliağa Şıxlinski adına 135 nömrəli tam orta məktəbdə  ibtidai təhsil  pilləsini ugurla başa vuran 4a sinfinin  buraxılış gecəsi keçirilib.

"Unikal" xəbər verir ki, “Qalib ölkənin xoşbəxt uşaqları”  adlanan gecədə şagirdlərin ifasında ədəbi-bədii kompozisiya  göstərilib. Uşaqlar vətənpərvərlik ruhunda  mahnılar oxuyub, şeirlər söyləyiblər.  Onların  rəngarəng, maraqlı rəqsləri  şənliyi daha da rövnəqləndirib.

Tədbirə  məktəbin hazırlıq qrupunun şagirdləri də qoşulublar. Onlar özlərindən bir pillə öndəki böyük qardaş-bacılarını – ibtidai təhsili başa vuran məktəbliləri gözəl mahnı və rəqsləri ilə təbrik edib, məzunlardan ibtidai təhsil  estafetini  təhvil alıblar.

Gecədə 4a sinfinin rəhbəri Şəhla Rzayeva və məktəbin direktoru Şəfa Qurbanova çıxışlarında  uşaqları təbrik edib, onlara təhsildə uğur diləyiblər. Şagirdlərə  xüsusi diplomlar təqdim olunub.