Türkiyənin ən böyük istilik elektrik stansiyası olan Afşin-Elbistan B İES-də yanğın baş verib.

"Unikal" xəbər verir ki, hadisə Kahramanmaraş vilayətinin Afşin rayonunda qeydə alınıb. 

Yanğınsöndürənlərin 1 saatlıq müdaxiləsindən sonra yanğın söndürülüb.

Qeyd edək ki, sözügedən İES fevralın 6-da baş verən zəlzələ zamanı zədələnmişdi. O, mayın 10-da aparılan təmir-bərpa işlərindən sonra yenidən fəaliyyətə başlamışdı. 

Faktla bağlı araşdırma aparılır. 

Ağarza Elçinoğlu