Cənubi Afrika Respublikasının (CAR) Umlazi şəhərində baş verən atışma nəticəsində 7 nəfər ölüb, 2 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə CAR polisi məlumat yayıb.

Umlazi polisinin məlumatına görə, yaşları 20-40 arasında olan doqquz kişi hostelin bir otağında spirtli içki qəbul edərkən naməlum silahlı şəxslər onlara atəş açıb, daha sonra onlar gizləniblər. 7 zərərçəkən yerindəcə keçinib, 2 şəxs isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Polis atışmanın səbəbinin hələlik məlum olmadığını bildirib.

Faktla bağlı araşdırma aparılır.