ABŞ-ın Luiziana ştatının Çarlz gölündə yerləşən neft emalı zavodunu ildırım vurması nəticəsində yanğın baş verib.
"Unikal" xəbər verir ki, bu barədə NBC məlumat yayıb .
"Luiziana ştatındakı neft anbarında ildırım vurması yanğına səbəb olub, nəticədə təxliyə başlayıb", - məlumatda deyilir.
Qeyd olunur ki, çənlərdən birinin alışıb.
Neft emalı zavodunun özü isə vəziyyəti şərh etməyib. Həmçinin insident nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.