Türkiyənin Elazığ şəhərində mədəndə partlayış olub, nəticədə çökmə baş verib.

"Unikal" xəbər verir ki, fəhlələrdən biri uçurumun altında qalaraq ölüb, bir işçi isə yaralanıb.

Hadisə yerinə təcili yardım, jandarma və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) qrupları sövq edilib.

Uçqun altında qalaraq ölənin Remzi Tahtac adlı şəxs olduğu müəyyən edilib. Yaralı isə təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.