Rumıniyada 5 bal gücündə zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri 169 min nəfərin yaşadığı Arad şəhərindən 12 kilometr cənub-şərqdə yerləşib.
Zələzələ ocağı yerin 15 kilometr dərinliyində yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.