İyunun 7-də saat 01 radələrində 1991-ci il təvəllüdlü Teymur Abdullayevin xəsarətlərlə xəstəxanaya daxil olması barədə Nərimanov rayon prokurorluğuna məlumat daxil olub.
"Unikal" xəbər verir ki, ilkin araşdırma zamanı 1997-ci il təvəllüdlü Əbil Muradovun Nərimanov rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Teymur Abdullayevə kəsici-deşici alətlə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Teymur Abdullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İbtidai istintaq davam etdirilir.