“Azərbaycan sərhəd təhlükəsizliyi məsələlərinə xüsusi önəm verir”.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev deyib.
M.Əliyev xatırladıb ki, bu il ölkənin sərhəd təhlükəsizliyinin əsasını qoyan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi qeyd olunur. O, Ulu Öndərin Azərbaycanda zabit kadrlarının hazırlanmasında xidmətlərini də qeyd edib.