Bakıda azyaşlı qız zorakılığa məruz qalıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, Suraxanıda azyaşlı qızın zorakılığa məruz qalması faktı ilə bağlı Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanıb.
Cinayəti törətməkdə təqsirləndirilən şəxs barəsində ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurorun təqdimatı əsasında həbs qətimkan tədbiri seçilib.
Hazırda ibtidai istintaqı Suraxanı rayon polis idarəsinin İstintaq şöbəsində davam etdirilən cinayət işi nəzarətdə saxlanılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
Seymur Əli