Türkiyənin İstanbul şəhərində silahlı qarşıdurma olub.

"Unikal" xəbər verir ki, ətrafına bibər qazı səpən şəxslə ona xəbərdarlıq edən dükançı arasında baş verən dava silahlı qarşıdurmaya çevrilib.

Nəticədə 2 nəfər həyatını itirib, 4 nəfər yaralanıb.

Hadisə yerinə gələn polislər qısa zamanda silahlı hücumu həyata keçirən şəxsi saxlayaraq nəzarətə götürüblər.