Türkiyənin İstanbul şəhərində Polis İdarəsi Terrorla Mübarizə Şöbəsi qrupları FETÖ/PDY terror təşkilatı üzvlərinə qarşı əməliyyat-axtarış tədbirləri həyata keçirib.

"Unikal" xəbər verir ki, araşdırmalar çərçivəsində şübhəlilərin təşkilat üzvləri ilə gizli ünsiyyət üsulu olan ödənişli telefon vasitəsilə əlaqə saxladığı müəyyən edilib.

Keçirilimiş əməliyyat zamanı 19 nəfər müəyyən edilib, onlardan 15 nəfər saxlanılıb.