Türkiyənin Samsun şəhərinin Canik rayonunda iki tramvay toqquşub. 

"Unikal" xəbər verir ki, qəza nəticəsində 26 nəfər yaralanıb.

Hadisə yerinə çox sayda xilasetmə və sağlamlıq qrupları cəlb olunub. Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıb. 

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Ağarza Elçinoğlu