Ukraynadakı Kaxovka SES-i rus diversiya qrupu tərəfindən partladılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.  

Bildirilir ki, Ukrayna Təhlükəsizlik Xidməti rus hərbçilərin səs yazısını əldə edib.

"Səsyazmada rus hərbçiləri Ukraynanı bəndlə qorxutmaq istədiklərini, amma partlayışın plana uyğun getmədiyi üçün dağıntının böyük olduğunu söyləyir" - SBU qeyd edib. Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Federasiyası tərəfindən törədilmiş hərbi cinayət faktı üzrə cinayət işi açıb.

Gülayə Mecid