Rusiyada avtomatla silahlanmış 20 yaşlı çağırışçı hərbi hissədən qaçıb. 

"Unikal" xəbər verir ki, hadisə Bryansk vilayətindəki hərbi hissələrdən birində baş verib. 

Məlumata görə, hərbi xidmətə çağırılan Vyaçeslav A. adlı gənc Kalaşnikov avtomatı və 120 ədəd patronla qulluq etdiyi bölməni tərk edib.

Fərariliyin səbəbləri hələlik müəyyən edilməyib.

Ağarza Elçinoğlu