Rusiya hərbçilərinin Kaxov Su Elektrik Stansiyasının bəndini partlatması nəticəsində 29 nəfər itkin düşmüş hesab olunur.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri İqor Klimenko “Yedini Novıny” telemarafonunun efirində bildirib.

"İndiyədək 2678 nəfəri xilas etmişik. Düşmən mütəmadi olaraq təxliyyə məntəqələrini xilasedicilərimizi, polislərimizi, könüllülərimizi atəşə tutsa da, təxliyə tədbirləri həyata keçirməyə çalışırıq, - deyə Klimenko bildirib.