Türkiyənin "Akıncılar" tekstil şirkəti Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
"Unika" xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, tərəflər arasında imzalanmış protokola əsasən, Azərbaycanda birgə istehsal müəssisəsi və laboratoriya yaradılacaq.
Azərbaycanda birgə müəssisədə istehsal olunacaq müdafiə təyinatlı məmulatların üçüncü ölkələrə çatdırılması planlaşdırılır.
Ağarza Elçinoğlu