Avropa Parlamentinin iyunun 13-də keçiriləcək iclasında Qarabağdakı vəziyyət və Laçın dəhlizi müzakirə olunacaq. Müzakirə Avropa diplomatiyasının rəhbəri Cozep Borrelin iştirakı ilə debatlar şəklində keçiriləcək.
"Unikal" xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat yer alıb.
Müzakirə heç bir qətnamə layihəsinin hazırlanması və ya səsvermə ilə bağlı deyil.