Ermənistan şahmatçıları Bakıda keçiriləcək dünya çempionatında iştirak etməyəcəklər.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Şahmat Federasiyasının vitse-prezidenti Smbat Lputyan məlumat verib.
"Dünya çempionatında iştirak etməyəcəyik. Ermənistandan olan qrossmeysterlər Bakıya getməyəcək", - deyib.
Qeyd edək ki, mundial iyulun 30-dan avqustun 24-dək keçiriləcək. Ermənistandan isə qrossmeysterlər Samvel Ter-Sahakyan, Qabriel Sarkisyan, Ovannes Qabuzyan, Şant Sarkisyan və Hayk Martirosyan mundiala vəsiqə qazanıblar. Qadınlar arasında - Elina Danielyan, Anna Sarkisyan və Lilit Mkrtçyan.
Qeyd edək ki, şahmat üzrə Dünya Kuboku iyulun 30-dan avqustun 24-dək Bakıda keçiriləcək. Yarışda 200-dən çox şahmatçı iştirak edəcək.