Bratislava şəhərində keçirilən “Real Fight Arena” (RFA) üzrə qaydasız döyüş çempionatında Qarışıq Döyüş Sənəti (MMA) üzrə peşəkar idmançı Yüksəl İbrahimov böyük uğur qazanıb.

"Unikal" xəbər verir ki, həmyerlimiz slovakiyalı rəqibini 36-cı saniyədə boğucu fəndlə məğlub edərək qələbəyə nail olub. O, qələbəsinin elan edilməsi zamanı Azərbaycan bayrağını dalğalandırıb.  

Yüksəl İbrahimov 22 iyun 1995-ci ildə Azərbaycanın Tovuz şəhərində anadan olub. Peşəkar K-1 və MMA döyüşçüsüdür. 2019-cu ildən etibarən Slovakiyada qaydasız döyüş, boksinq və kikboksinq üzrə dərs deyir. Eyni zamanda K-1 və MMA üzrə yarışlarda iştirak edir.

Diasporla İş üzrə Dövlət Komitəsi parlaq qələbəsi və Azərbaycan bayrağını ucalara yüksəltməsi münasibətilə vətənsevər idmançımızı təbrik edir, gələcək karyerasında daha böyük uğurlara nail olmasını arzulayır.