"Yanvarın 12-də baş tutmalı olan Vaşinqton danışıqları ziddiyyətlərə görə yox, Türkiyə prezidentinin Bakıya səfərinə görə təxirə salınıb".
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
"Mən faktları müqayisə edəndə güman edirəm ki, Türkiyənin yeni seçilmiş prezidenti Bakıya gəlib, gecikmənin səbəbi belədir", - Simonyan bildirib.
Qeyd edək ki, dünən Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilməli idi. Ermənistan görüşün Azərbaycan tərəfindən təxirə salındığını açıqlayıb.
Ağarza Elçinoğlu