Lionel Messi 2026-cı ildə futbol üzrə dünya çempionatında iştirak etməyəcək. 

"Unikal" xəbər verir ki, bu barədə Argentina millisinin hücumçusu DÇ-2022-nin qalibi olduqdan sonra növbəti dünya çempionatında çıxış edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib. 

"Bu, mənim son dünya çempionatı idi. Hər şeyin necə qurulacağını görəcəyəm, amma nəzəri olaraq, yox, növbəti dünya çempionatına getməyəcəyəm", - Messi açıqlayıb.

Ağarza Elçinoğlu