Türkiyə və Azərbaycan Şərqlə Qərb arasında strateji mövqeyə sahibdir.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfərindən sonra rəsmi “Twitter“ hesabında edildiyi paylaşımda deyilir.
“Qardaşlığımıza uyğun olaraq ticarətdən enerjiyə, müdafiə sənayesindən nəqliyyata qədər hər sahədə əməkdaşlığımız daha da dərinləşəcək. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə regionumuz daha da çiçəklənəcək”.