“Türkiyə Əsri” həm də Türk dünyasının əsri olacaq.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfərindən sonra rəsmi “Twitter“ hesabında edildiyi paylaşımda deyilir.
Qeyd olunub ki, Türk Dövlətləri Təşkilatının institusional potensialını gücləndirmək üçün birgə addımlar atılacaq.
“14 və 28 may seçkilərindən sonra Şimali Kipr Türk Cümhuriyyəti ilə birlikdə ilk səfərlərimizi Azərbaycana etməklə həmrəyliyimizi göstərdik. Rəbbim sevgimizi, dostluğumuzu daim qorusun” – Ərdoğan vurğulayıb.