ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizəd Mark Libbi Senatın Xarici Əlaqələr Komitəsində çıxış edib.
"Unikal" xəbər verir ki, o, Azərbaycanın balanslı xarici siyasət yürütdüyünü bildirib.
Libbi Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib.
"Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunmasına köməklik göstərəcəm", - o vurğulayıb.
Diplomatın sözlərinə görə, tərəflər razılığa həmişəkindən daha yaxındırlar.
"Mən təsdiq olunsam, onlara sülhə nail olmaqda kömək edəcəyimi öhdəmə götürürəm... Sülh sazişinin uğurla həyata keçirilməsi ABŞ və Azərbaycan arasında daha da dərin əlaqələrə yol açacaq ...” , - deyə səfir namizədi qeyd edib.