“Zirə” klubu daha 4 futbolçusu ilə vidalaşıb.
"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Vurğulanıb ki, müdafiəçilər Ruslan Abışov, Sərtan Taşkın, Donlad Gerye və yarımmüdafiəçi Mohamed Hamdaui ilə yollar ayrılıb. Adıçəkilən oyunçularla başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, “Zirə” yay fasiləsində Loris Bronyo, Hamidu Keyta, Coşqun Diniyev, Mehdi Cənnətov, Mirsayib Abbasov və Mois Adileunu da yola salıb.