Millətlər Liqasında "Dördlər finalı"nın ilk yarımfinal oyunu keçirilib.

"Unikal" xəbər verir ki, Niderland Xorvatiya ilə üz-üzə gəlib. Rotterdamdakı "Feyenoord Stadionu"nda keçirilən görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Buna görə də matçda əlavə vaxt oynanılıb.

Xorvatiya millisi əlavə vaxtda daha iki dəfə fərqlənib və 4:2 hesablı qələbə qazanaraq finala yüksəlib. Yarımfinalın digər matçı iyunun 15-də İspaniya və İtaliya arasında olacaq.

Qeyd edək ki, final iyunun 18-də keçiriləcək.