"Pakistan və Azərbaycan qardaş xalqlardır".

"Unikal" xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat bəyanatı zamanı deyib.

Pakistan hökumət başçısı bu gün Azərbaycan Prezidenti ilə səmərəli danışıqlar keçirdiyini diqqətə çatdırıb.

"Bizim ikitərəfli və çoxtərəfli məsələlərdə mövqelərimiz üst-üstə düşür. Pakistan və Azərbaycan iki qardaş xalqdır. Bizim münasibətlərimiz qarşılıqlı dəstək, səmimiyyət və qarşılıqlı ehtiram üzərində qurulub", - Baş nazir vurğulayıb.