Pakistanla ticarətimizin həcmini artırmaq üçün daha ciddi səylər göstərəcək, bu istiqamətdə anlaşma memorandumu imzalayacağıq.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında bildirib.
Dövlətimizin başçısı ölkələrimiz arasında istər ənənəvi enerji, istərsə də bərpaolunan enerji sahəsində də böyük perspektivlərin olduğunu qeyd edib.