Fransalı mütəxəssis Rudi Qarsiya "Napoli"nin yeni baş məşqçisi olub.

"Unikal" xəbər verir ki, 59 yaşlı treyner A Seriyasının qızıl medallarını qazandıqdan sonra klubdan ayrılan Luçano Spallettini əvəzləyib.

Qarsiyanın son iş yeri Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu olub. Bundan əvvəl o, "Roma", "Marsel", "Lion", "Lill" və "Sent Etyen" kimi klublara rəhbərlik edib.

Ağarza Elçinoğlu