Polşada keçiriləcək 3-cü Avropa Oyunlarında iştirak edəcək atletika üzrə milli komandamızın heyətində məcburi dəyişikliklər edilib.
Ətraflı

“Unikal” xəbər verir ki, uzunluğa tullanma yarışlarında ölkəmizi təmsil etməli olan Nazim Babayev zədə səbəbindən mötəbər yarışa qatıla bilməyəcək. 

Babayev ötən həftə keçirilən əməkdar məşqçi Əfqan Səfərovun beynəlxalq memorialında zədələnib və müayinədən sonra atletimizin Avropa Oyunlarında çıxışı məqsədəuyğun hesab edilməyib. Bu yarışda Nazimi Kəsgin Abbaszadə əvəz edəcək.