İspaniya çempionu "Barselona"nın rəhbərliyi səhmlərini sata bilmək və investisiya cəlb etmək üçün klubun maliyyə-iqtisadi və təşkilati-hüquqi strukturunda dəyişiklik etməyi düşünür.
"Unikal" xarici KİV-ə istinadla bildirir ki, klub rəhbərliyi maliyyə problemlərini həll etmək üçün bu addımı atmaq niyyətindədir.
Kataloniya klubu 49 faizini investisiya fondlarına satmaq istəyir.
"Barselona"nın prezidenti Joan Laporta ötən ay Səudiyyə Ərəbistanına səfər edib və hazırda o, potensial investorlarla danışıqlar aparmaq üçün Qətərdədir.
Ağarza Elçinoğlu