Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 894 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 599 nəfər müalicə olunaraq sağalıb, 10 281 nəfər vəfat edib, aktiv xəstə sayı 14 nəfərdir.

Ölkədə son sutka ərzində 470, hazırkı dövrədək isə 7 637 009 test aparılıb.

Son sutkada koronavirus (COVID-19) əleyhinə 45 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 8, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 4 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 966 395, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 813, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 028, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 288, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 266 nəfər təşkil edir.