Sahibkarlarla növbəti görüş Tovuz rayonunda keçiriləcək

"Unikal" xəbər verir ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Tovuz rayonunda görüşü təşkil olunacaq. Aksiya  Şəhər Parkında baş tutacaq.

“Səyyar qəbul otağı” iyunun 21-də saat 10:00-dan 11:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.