"Bu ilin sonunadək ümumilikdə 10 minə yaxın keçmiş məcburi köçkünün öz doğma yurdlarında məskunlaşması təmin ediləcək".

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədr müavini Fuad Hüseynov deyib.

"Bu ilin sonunadək ümumilikdə 2 minə yaxın keçmiş məcburi köçkün ailəsinin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında öz doğma torpaqlarına qayıdışı və daimi məskunlaşdırılması nəzərdə tutulur", - o vurğulayıb.