"Azəriqaz" İB rəhbərliyinin təşəbbüsü ilə Regional İdarələrin məsul şəxslərinin yerli İcra Hakimiyyətinin başçıları ilə görüşləri keçirilir.

“Unikal” xəbər verir ki, görüşlərdə məqsəd sakinlərin qaz təchizatı ilə bağlı üzləşdikləri problemlərin operativ həllinə nail olmaqdan ibarətdir.

Bu səbəbdən Salyan Regional Qaz İstismarı İdarəsi rəisinin regionda yerləşən İcra Hakimiyyətlərinin başçıları ilə görüşləri baş tutub.

Həmçinin, keçirilən görüşlər zamanı Birlik tərəfindən həyata keçirilən layihələr, təsərrüfatda aparılan islahatlar və təkmilləşdirmə tədbirləri, qaz təsərrüfatının mövcud vəziyyəti, yeni yaşayış massivlərinin və kəndlərin qazlaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Şəhid ailələrinin və qazilərin hər zaman diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb.