Tədrisin digər dillərdə aparıldığı bölmələr üzrə müsahibələrdən uğur qazanan uşaqlar üçün məktəb seçimi prosesinə başlanılıb.

Elm və Təhsil Nazirliyindən "Unikal"a bildirilib ki, “Ankara məktəbi” məktəb-lisey, İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi, İ.Əfəndiyev adına Elitar gimnaziya, Bakı Slavyan Universiteti nəzdində Məktəb-lisey kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 132-134 nömrəli təhsil kompleksi, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, Zəngi liseyi və 160 nömrəli Klassik gimnaziyanın rus bölməsi üçün prioritetlər üzrə üstünlüyü olan uşaqların məktəb seçimi, prioriteti olmayan uşaqlar üçün isə müsabiqələrə qeydiyyat prosesi aparılır.

Proses iyunun 27-si saat 18:00-dək davam edəcək.

Qeyd edək ki, yuxarıda adları qeyd edilmiş ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə 1-ci siniflərinə prioritetlər üzrə üstünlüyü olan uşaqların qəbulu müsabiqədənkənar aparılır. Bunun üçün valideyn elektron sistemdə övladı üçün prioritetlər üzrə sorğu yerləşdirməlidir.