21 yaşlı futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti yoxlama oyununda qüvvəsini sınayıb.
"Unikal" xəbər verir ki, komanda öz meydanında Qırğızıstanla heç-heçə edib.
“Dalğa-Arena”da keçirilən matçın birinci hissəsində qapılara qol vurulmayıb. Fasilədən sonra 61-ci dəqiqədə Murad Vəlieyv dəqiq zərbə ilə hesabı açıb. 790cu dəqiqədə isə qonaqlar penalti zərbəsini dəqiq yerinə yetirərək məğlubiyyətdən qaça biliblər.
Qeyd edək ki, U-21 yığmamız üç gün əvvəl Türkiyədə yerli komandaya 0:1 hesabı ilə uduzmuşdu.