“Neftçi” yarımmüdafiəçisi Sezar Meza Kolli ilə başa çatan müqaviləni yeniləməyib.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

Bildirilib ki, 31 yaşlı paraqvaylı futbolçu ilə yollarını ayırıb.

Qeyd edək ki, 2021-ci ilin iyunundan “Neftçi”də çıxış edən Meza Kolli bu müddətdə 55 oyunda meydana çıxıb, 6 qol vurub.