"Çelsi"nin yarımmüdafiəçisi Mateo Kovaçiç Çempionlar Liqasının qalibi "Mançester Siti"yə keçəcək.

"Unikal" xarici KİV-ə istinadla xəbər verir ki, klublar təzminatın məbləği ilə bağlı razılığa gəliblər. 

"Bu, 30 milyon funt sterlinq təşkil edəcək. Artıq şəxsi müqavilənin şərtləri razılaşdırılıb. Yaxın günlərdə futbolçu tibbi müayinədən keçəcək", - deyə məlumatda qeyd olunub. 

Qeyd edək ki, 29 yaşlı xorvatiyalı ötən mövsüm "Çelsi"nin heyətində 37 oyuna çıxıb. Onun aktivində 2 qol və 2 məhsuldar ötürmə var.

Ağarza Elçinoğlu