Krakov-2023 III Avropa Oyunlarında karate yarışları başa çatıb.

"Unikal" xəbər verir ki,  son gündə Azərbaycan yığmasının dörd karateçisi mübarizəyə qoşulub.

İki kişi və iki qadın idmançımız yarışa qatılıb. Onlardan İrina Zaretska bütün rəqiblərinə qalib gələrək, qızıl medala yiyələnib. Bu, karateçimizin Avropa Oyunlarında üçüncü mükafatı, ikinci çempionluğu olub.

Ondan fərqli, Asiman Qurbanlı yarımfinalda mübarizəni dayandırdığından bürünc medalla kifayətlənib. Bununla da karate yığmamızın ümumi qazancı 3 medala çatıb.

Qeyd edək ki, ilk gündə 4 karateçimizdən Tural Ağalarzadə (67 kq) yarışı qızıl medalla başa vurub.